Qiymətli Kağızlar
-
TRYnan%
-
USDnan%
-
EURnan%
-
GBPnan%
-
RUBnan%
Qiymətli Metallar
-
Qızılnan%
-
Platinnan%
-
Gümüşnan%
-
Palladiumnan%
Azərbaycanda çıxarıla bilən qaz ehtiyatının həcmi – 2 trilyon 550 milyard kubmetr
“Azərbaycanda bu günə dəqiqləşdirilmiş çıxarıla bilən neft-kondensat ehtiyatı 1,5 mlrd. ton, qaz ehtiyatı isə 2 trln. 550 mlrd. kubmetr həcmindədir”.
OilGas.az xəbər verir ki, bunu SOCAR-ın birinci vitse-prezidenti Xəşbəxt Yusifzadə “Respublika” qəzetində dəc olunan məqaləsində bildirib. Onun sözlərinə görə, proqnozlaşdırılan neft ehtiyatı 2 mlrd. ton, qaz ehtiyatı isə 3 trln. 450 mlrd. kubmetrdir:
“Başqa sözlə, Azərbaycanda bu günə dəqiqləşdirilmiş çıxarıla bilən karbohidrogen ehtiyatı neft ekvivalentində 4 milyard 50 milyon ton, proqnoz karbohidrogen ehtiyatı isə neft ekvivalentində 5 milyard 450 milyon tondur. Beləliklə, bizim ümumi karbohidrogen ehtiyatlarımız şərti yanacaqla 9,5 milyard ton həcmində qiymətləndirilir”.
MÜZAKİRƏ