Azərbaycanda benzin və dizel istehsalı artıb

Azərbaycanda benzin və dizel istehsalı artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 979,2 mln. manat təşkil edib.

OilGas.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, beləliklə əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə neft məhsulları istehsalı 0,3% artıb.

Hesabat dövründə ölkədə avtomobil benzininin istehsalı 0,1% artaraq 414,4 min ton, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 6,8% artaraq 73,5 min ton, ağ neft istehsalı 4,1% azalaraq 191,6 min ton, dizel yanacağının istehsalı 6,8% artaraq 667,8 min ton,yanacaq mazutunun istehsalı 89,8% azalaraq 23,5 min ton, sürtkü yağlarının istehsalı 91,8% artaraq 14,0 min ton, neft bitumunun istehsalı 2,! dəfə artaraq 85,1 min ton və neft koksunun istehsalı 45,9% artaraq 88,1 min ton təşkil edib.

117 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ