Azərbaycanda benzin və dizel istehsalı artıb – Statistika

Azərbaycanda benzin və dizel istehsalı artıb – Statistika

Bu ilin yanvar-mart aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 712,8 milyon manat olub.

OilGas.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə istehsalın ümumi dəyəri 0,6% azalıb.

Neft məhsullarından ağ neftin istehsalı 5,5 %, yanacaq mazutunun istehsalı 89,9% azalıb. Avtomobil benzininin, dizel yanacağının, sürtkü yağlarının, neft bitumunun və neft koksunun istehsalı artıb.

Avtomobil benzininin istehsalı 0,4% artaraq 307,6 min ton, dizel yanacağının istehsalı 6,4% artaraq 477,8 min ton təşkil edib.

Bu ilin yanvar-mart aylarında neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 10,6% artaraq 57,6 min ton, ağ neftin istehsalı 5,5% azalaraq 140,5 min ton, sürtkü yağlarının istehsalı 40,5% artaraq 5,2 min ton, neft bitumunun istehsalı 3,4 dəfə artaraq 58,8 min ton və neft koksunun istehsalı isə 53,3% artaraq 63,6 min ton olub.

27 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ