Azərbaycanda benzin və dizel istehsalı artıb – Statistika

Azərbaycanda benzin və dizel istehsalı artıb – Statistika

Neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 408,3 milyon manat olub.

OilGas.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə istehsalın ümumi dəyəri 9,5% artıb.

Neft məhsullarından avtomobil benzininin istehsalı artıb, yanacaq mazutunun istehsalı isə 76,3% azalıb. Ağ neftin, dizel yanacağının, sürtkü yağlarının, neft bitumunun və neft koksunun istehsalı artıb.

Hesabat dövründə ölkədə avtomobil benzininin istehsalı 3,7% artaraq 906,3 min ton, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 29,4% artaraq 169,1 min ton, ağ neft istehsalı 5,3% artaraq 469,1 min ton, dizel yanacağının istehsalı 11,4% artaraq 1 517,9 min ton, yanacaq mazutunun istehsalı 76,3% azalaraq 61,2 min ton, sürtkü yağlarının istehsalı 4,5 dəfə artaraq 108,5 min ton, neft bitumunun istehsalı 38,1% artaraq 219,2 min ton və neft koksunun istehsalı 28,5% artaraq 195,9 min ton təşkil edib.

267 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ