Azərbaycanda benzin istehsalı azalıb

Azərbaycanda benzin istehsalı azalıb

Neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 433,3 milyon manat olub.

OilGas.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə bu sahədə istehsalın ümumi dəyəri 0,9 faiz azalıb. Neft məhsullarından avtomobil benzininin istehsalı 209,6 min ton, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 41,1 min ton, ağ neft istehsalı 88,7 min ton, dizel yanacağı istehsalı 328,3 min ton təşkil edib.

Beləliklə, avtomobil benzininin istehsalı 0,2 faiz, ağ neftin istehsalı 15,7 faiz, yanacaq mazutunun istehsalı 91,4 faiz azalıb. Dizel yanacağının, neft bitumunun və neft koksunun istehsalı artıb.

145 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ