Azərbaycanda benzin istehsalı azaldı, dizel istehsalı artdı

Azərbaycanda benzin istehsalı azaldı, dizel istehsalı artdı

Neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 664,4 milyon manat olub.

OilGas.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə istehsalın ümumi dəyəri 2,8% artıb.

Neft məhsullarından avtomobil benzininin istehsalı 0,6%, yanacaq mazutunun istehsalı 86,2% azalıb. Ağ neftin, dizel yanacağının, sürtkü yağlarının, neft bitumunun və neft koksunun istehsalı artıb.

Hesabat dövründə ölkədə avtomobil benzininin istehsalı 0,6% azalaraq 614,7 min ton, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 14,8% artaraq 116,5 min ton, ağ neft istehsalı 2,1% artaraq 303,8 min ton, dizel yanacağının istehsalı 5,9% artaraq 1 015,6 min ton, yanacaq mazutunun istehsalı 86,2% azalaraq 33,3 min ton, sürtkü yağlarının istehsalı 3 dəfə artaraq 38,9 min ton, neft bitumunun istehsalı 79,6% artaraq 138,8 min ton və neft koksunun istehsalı 22,8% artaraq 130,7 min ton təşkil edib.

232 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ