Azərbaycanda ağır qəza – Yanacaq daşıyan maşın avtomobillə toqquşdu

Azərbaycanda ağır qəza – Yanacaq daşıyan maşın avtomobillə toqquşdu

Yevlax rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

OilGas.az APA-ya istinadən xəbər verir ki, Bakı-Qazax yolunun Yevlax şəhərindən keçən hissəsində 10 -MU 696 dövlət nömrə nişanlı, “Tofaş” markalı maşın 99 JX 582 dövlət nömrə nişanlı, yanacaq daşıyan maşınla toqquşub.

Nəticədə “Tofaş” markalı avtomobildə olan sərnişin müxtəlif bədən xəsarətləri alaraq Yevlax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Zərbənin təsirindən yanacaq daşıyan maşının çəlləyi deşilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

467 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ