Azərbaycanda 347 çoxmərtəbəli binaya təbii qaz verilib

Azərbaycanda 347 çoxmərtəbəli binaya təbii qaz verilib

“Azəriqaz” İstehsalat Birliyi bu ilin yanvar-avqust ayları ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 347 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.

OilGas.az “Azəriqaz”a istinadən xəbər verir ki, həmin binalarda ümumilikdə 18593 ailə yaşayır.

“Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.

37 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ