Azərbaycan Ukraynanın ən böyük neft tədarükçüsüdür

Azərbaycan Ukraynanın ən böyük neft tədarükçüsüdür

Bu ilin ilk yarısında Ukrayna 1,9 milyard dollar dəyərində neft və neft məhsulları idxal edib.

OilGas.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, idxal olunan neftin dəyəri 182,7 milyon dollar, neft məhsullarının dəyəri isə 1,746 milyard dollar təşkil edib.

Ukrayna Dövlət Maliyyə Xidmətinin məlumatına əsasən, ölkənin ən böyük neft tədarükçüsü Azərbaycan ( 161 milyon dollar, 88,3%) olub. Ukraynaya Qazaxıstandan 15,5 milyon dollar dəyərində (8,5%) neft nəql olunub.

Belarusdan 903,5 milyon dollar (51,2%), Rusiyadan 416,5 milyon dollar (23,3%), Litvadan isə 151,3 milyon dollar (8,7%) dəyərində neft məhsulları idxal olunub.

OilGas.az

 

270 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ