Azərbaycan Türkiyəyə qaz ixracının həcmini artırıb – HESABAT

Azərbaycan Türkiyəyə qaz ixracının həcmini artırıb – HESABAT

Azərbaycan 2019-cu ilin mayında Türkiyəyə 769,90 milyon kubmetr qaz ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə (601,30 milyon kubmetr) müqayisədə 28,04 faiz çoxdur.

Oilgas.az  Türkiyənin Enerji Bazarının Nizamlanması İdarəsinin hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin may ayı ərzində Türkiyənin qaz idxalında Azərbaycanın payı 28,72 faiz təşkil edib. 2018-ci ilin mayında bu rəqəm 19,98 faizə bərabər olmuşdu.

Hesabata əsasən, Türkiyə bu ilin mayında 2,81 milyard kubmetr qaz idxal edib. Bunlardan 2,207 milyard kubmetri boru kəməri qazının, 473,19 milyon kubmetri mayeləşdirilmiş təbii qazın payına düşüb.

32 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ