Azərbaycan Türkiyəyə qaz ixracını azaltdı

Azərbaycan Türkiyəyə qaz ixracını azaltdı

Bu ilin oktyabr ayında Türkiyədə təbii qaz idxalı 4 mlrd. 137 mln. kubmetr təşkil edib.

OilGas.az xəbər verir ki, Enerji Bazarı Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) aylıq hesabatına əsasən, oktyabr ayında ölkəyə qaz idxalı ötən ilin analoji dövrü ilə müqayisədə 19,7% yüksəlib.

Bu dövrdə Türkiyəyə ümumi idxalın 3 mlrd. 641 mln. kubmetri boru xəttiylə, 495 mln. kubmetri isə LNG müəssisələri vasitəsilə həyəta keçirilib.

Oktyabr ayında Türkiyəyə 2 mlrd. 178 mln. kubmetr qaz ixrac edən Rusiya bu ölkəyə ən çox təbii qaz tədarük edən ölkə olub.

Sözügedən dövr ərzində Türkiyəyə İrandan 581 mln. qaz ixrac edilib. Oktyabr ayında Azərbaycandan Türkiyəyə qaz ixracı azalaraq 463 mln. kubmetr təşkil edib (Sentyabr ayında Azərbaycandan Türkiyəyə 519 mln. kubmetr qaz nəql edilmişdi).

Oktyabr ayı ərzində Türkiyədə elektrik istehsalında təbii qazın payı artdığı üçün ölkədə təbii qaz tədarükü 17,9% yüksəlib. Beləliklə, sözügedən dövrdə Türkiyədə təbii qaz tədarükü 4 mlrd. 81 mln. kubmetr təşkil edib.

OilGas.az

98 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ