Azərbaycan Türkiyəyə qaz ixracını artırıb

Azərbaycan Türkiyəyə qaz ixracını artırıb

2017-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycan Türkiyəyə “Şahdəniz-1” yatağından hasil olunan 3 mlrd. 936,37 mln. kubmetr qaz nəql edib.

OilGas.az “APA”ya istinadən xəbər verir ki, 2016-cı ilin analoji dövrü ilə müqayisədə bu göstərici 3,7% çoxdur.

Cari ilin iyul ayında Azərbaycan qardaş ölkəyə 594,52 mln. kubmetr qaz ixrac edib. Türkiyənin qaz idxalında Azərbaycanın payı 14,38% təşkil edir.

Qeyd edək ki, iyul ayında Türkiyə 4 mlrd. 135,45 mln. qaz idxal edib ki, bu da ötən ilin müvafiq ayı ilə müqayisədə 28,43% çoxdur.

2016-cı ildə Azərbaycan Türkiyəyə 6 mlrd. 479,87 mln. kubmetr qaz ixrac edib.

OilGas.az

266 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ