Azərbaycan təbii qaz ixracını 55% artırıb

Azərbaycan təbii qaz ixracını 55% artırıb

Azərbaycan bu ilin yanvar-oktyabr aylarında 9,59 milyard kubmetr həcmində təbii qaz ixrac edib.

Oilgas.az-ın Dövlət Gömrük Komitəsinə (DGK) istinadən verdiyi xəbərə görə, bu həcmdə təbii qazın dəyəri 1 882,542 milyon ABŞ dolları təşkil edib.

10 ay ərzində ixrac edilmiş “mavi yanacağ”ın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 55,1%, dəyəri isə 55,6% çox olub.

Hesabat dövründə təbii qazın Azərbaycanın ümumi ixracında payı 11,2% olub.

59 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ