Azərbaycan Rusiya ilə ticarət dövriyyəsini 24%-ə qədər artırıb

Azərbaycan Rusiya ilə ticarət dövriyyəsini 24%-ə qədər artırıb

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan və Rusiya arasında ümumi dəyəri 1 828 138,37 min ABŞ dolları olan ticarət dövriyyəsi həyata keçirilib.

Oilgas.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 351 138,07 min dollar və ya 23,77% çoxdur.

Bu ilin 8 ayında iki ölkə arasında həyata keçirilən ticarət dövriyyəsinin payı ümumi xarici ticarətin 7,98%-ə bərabər olub.

Bu ilin 8 ayında Azərbaycanın Rusiyaya icracının həcmi 457 742,47 min dollar təşkil edib ki, bu da ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 45 778,67 min dollar və ya 11,1% çoxdur.

Hesabat dövründə Azərbaycanın Rusiyadan idxalı isə 1 370 395,9 min dollar təşkil edib ki, bu da ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 305 359,39 min dollar və ya 28,67% çoxdur.

Azərbaycanın şimal qonşusu ilə ixracdakı payı ümumi ixracın 3,39%-nə, idxaldakı payı isə ümumi idxalın 14,61%-nə bərabərdir.

24 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ