Azərbaycan qaz ixracını 13,5% artırıb

Azərbaycan qaz ixracını 13,5% artırıb

Bu ilin yanvar-aprel ayları ərzində xaricə qaz satışı 4,6 mlrd. kubmetr təşkil edib.

Oilgas.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,5% çoxdur.

İxrac edilən həcmlərin 1,1 mlrd. kubmetri Gürcüstanın payına düşüb. Türkiyəyə 3,5 mlrd. kubmetr qaz ixrac edilib.

Qeyd edək ki, Azərbaycan Gürcüstan və Türkiyəyə qaz ixracı həyata keçirir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır.

Azərbaycan qazı Gürcüstana iki boru kəməri – Cənubi Qafqaz Boru Kəməri və Qazıməmməd-Qazax boru xətti ilə nəql olunur.

32 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ