Azərbaycan Qaz İxrac edən Ölkələr Forumunun tamhüquqlu üzvü ola bilər

Azərbaycan Qaz İxrac edən Ölkələr Forumunun tamhüquqlu üzvü ola bilər

“Azərbaycanın Qaz İxrac edən Ölkələr Forumunun (Gas Exporting Countries Forum – GECF) tamhüquqlu üzvü olması üçün yaxşı şansı var”.

OilGas.az xəbər verir ki, bu sözləri Forumun baş katibi Yuri Sentyurin “Nefteqazovaya vertikal” nəşrinə müsahibəsində deyib.

Qeyd edək ki, Baş katib təşkilatda iştirak səviyyələrini yüksəltməyə razı salmaq məqsədilə müşahidəçi ölkələrlə işləməyi planlaşdırır. Sentyurin hesab edir ki, İraq, Qazaxıtan və Azərbaycanın tamhüquqlu üzv olması üçün yaxşı şansları var.

GESF dünya üzrə aparıcı qaz ixracatçılarını birləşdirən beynəlxalq hökumətlərarası təşkilatdır. Üzvləri Əlcəzair, Boliviya, Venesuela, Misir, İran, Qətər, Liviya, Nigeriya, Birləşmiş Ərəb Əmirliyi, Rusiya, Trinidad və Tobaqo, Ekvatorial Qvineyadır. İraq, Qazaxıstan, Niderland, Norveç, Oman və Peru təşkilatda müşahidəçi statusuna malikdirlər. Dünya qaz ehtiyatlarının 67 faizi GESF-in üzv dövlətlərinin əlində cəmlənib.

OilGas.az

283 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ