Azərbaycan OPEC+ sazişinin müddətinin uzadılmasına dəstək verdi

Azərbaycan OPEC+ sazişinin müddətinin uzadılmasına dəstək verdi

“OPEC ölkələri və kartelə daxil olmayan ölkələrin\ birgə həyata keçirdiyi tədbirlər nəticəsində bu gün beynəlxalq bazarda neftin qiyməti sabitləşib”.

OilGas.az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, neftin qiymətinin sabit qalması üçün bu əməkdaşlıq davam etdirilməlidir:

“Bu işin nəticəsini görərək həm OPEC, həm də qeyri-OPEC ölkələri, o cümlədən Azərbaycan da düşünür ki, bu fəaliyyəti davam etdirmək lazımdır. Bu ilin iyun ayında Vyanada OPEC-in nazirlər səviyyəsində görüşü planlaşdırılır. Ümid edirik ki, orada yenə də çox faydalı qərarlar qəbul ediləcək. Bu da neftin qiymətinin bazarda sabitləşməsinə xidmət edəcək”.

30 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ