Azərbaycan neftinin qiyməti

Azərbaycan neftinin qiyməti

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 12-də 32,35 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,69 dollar/barel azdır.

Bu barədə Oilgas.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 31,25 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,81 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 26,62 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,14 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 30,81 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 4,07 dollar/barel azdır.

238 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ