Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 61,54 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,74 dollar/barel çoxdur.

Oilgas.az xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 60,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,73 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 55,29 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,02 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 56,96 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,79 dollar/barel çoxdur.

56 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ