Azərbaycan neft məhsullarının ixracından gəlirini artırdı – 2 dəfədən çox

Azərbaycan neft məhsullarının ixracından gəlirini artırdı – 2 dəfədən çox

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan 217 min 283 ton (2710 mal kodu üzrə) neft məhsulları ixrac edilib.

OilGas.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, sözügedən dövrdə ixrac edilən neft məhsullarının dəyəri 107 milyon 7 min ABŞ dolları olub.

Qeyd edək ki, ötən ilin yanvar-fevral aylarında Azərbaycandan 117 min 963 ton neft məhsulları ixrac olunub. Həmin ixracın dəyəri isə 46 milyon 331 min dollar təşkil edib.

26 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ