Azərbaycan iyunda nə qədər neft hasil edib? – Rəsmi rəqəmlər

Azərbaycan iyunda nə qədər neft hasil edib? – Rəsmi rəqəmlər

Azərbaycanda iyun ayı ərzində gündəlik neft hasilatı 792 min barel olub. Bunun 739 min barelini xam neft, 53 min barelini kondensat təşkil edib.

Energetika Nazirliyindən OilGas.az-a verilən məlumata görə, gündəlik 622 min barel xam neft, 53 min barel kondensat, 12 min barel isə neft məhsulları ixrac edilib. Energetika Nazirliyi iyun ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Qeyd edək ki, gündəlik neft hasilatı bu ilin yanvar ayında 814,6 min barel, fevral ayında 806 min barel, mart ayında 794 min barel, aprel ayında 785,7 min barel, may ayında isə 801 min barel olub.

104 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ