Azərbaycan iki ayda AÇG-dən 1 milyard dollar gəlir əldə etdi

Azərbaycan iki ayda AÇG-dən 1 milyard dollar gəlir əldə etdi

Azərbaycan bu ilin yanvar-fevral aylarında “Azəri-Çıraq-Günəşli” (AÇG) neft yataqları blokundan 1 005 milyon ABŞ dolları gəlir əldə edib.

Oilgas.az bu barədə Dövlət Neft Fonduna istinadən xəbər verir.

Məlumata görə, 2 ay ərzində “Şahdəniz” təbii qaz yatağından əldə olunan gəlir isə 69 milyon ABŞ dolları təşkil edib. Bununla da, “mavi yanacaq” yatağının istismarından əldə olunan gəlirin (2007-ci ildən bəri) ümumi məbləği 2 805 milyon ABŞ dollarına çatıb.

151 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ