“Azərbaycan” İES-də yanğın

“Azərbaycan” İES-də yanğın

Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İES-nin yarımstansiyasında qəza nəticəsində yanğın baş verib.

OilGas.az “Report”a istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları və təcili tibbi yarım xidmətinin əməkdaşları cəlb olunub.

Məlumata görə, hadisə enerji bloklarından birində baş verib. Hazırda ölən və ya yaralananların olması barədə məlumat yoxdur.

Stansiya ərazisinə giriş məhdudlaşdırılıb.

34 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ