Qiymətli Kağızlar
-
TRYnan%
-
USDnan%
-
EURnan%
-
GBPnan%
-
RUBnan%
Qiymətli Metallar
-
Qızılnan%
-
Platinnan%
-
Gümüşnan%
-
Palladiumnan%
Gürcüstanı yalnız Azərbaycan qazlaşdıracaq
2018-ci ildə Gürcüstan Rusiya qazı almayacaq.
OilGas.az gürcü KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat naziri Dmitri Kumsişvili danışıb. Nazir 2018-ci il üçün ölkədə təbii qaz balansını təsdiqləyib.
Sənədə əsasən, bu il Gürcüstanın proqnozlaşdırılan qaz tədarükü 2,689 mlrd. kubmetr olacaq. Bu həcmin 99,65%-i Azərbaycandan təmin olunacaq: 1,866 milyardı SOCAR-dan, 813 milyonu isə “Şahdəniz” yatağından. Qalan 0,35 (9,41 mln. kubmter) qaz ehtiyacını isə Gürcüstan yerli hasilat hesabına ödəyəcək.
Qeyd edək ki, 2017-ci ildə Gürcüstan Rusiyada 100 milyon kubmetr qaz alıb. Mart ayından etibarən yanacaq tədarükü həyata keçirilməyib.
MÜZAKİRƏ