Azərbaycan gündəlik xam neft hasilatını 554 min barel həcmində saxlamalıdır – Razılaşma

Azərbaycan gündəlik xam neft hasilatını 554 min barel həcmində saxlamalıdır – Razılaşma

Rusiya və Səudiyyə Ərəbistanı “OPEC” (Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azalması üzrə təşəbbüs) tərəfdaşlarının və digər istehsalçıların neft hasilatının azaldılması üzrə öhdəliklərini yerinə yetirəcəyinə əmindir.

Oilgas.az xəbər verir ki, bu barədə Rusiyanın Energetika Nazirliyini məlumat yayıb.

“Hər iki ölkə razılaşdırılmış hədəfli azalmaların həyata keçirilməsində qətiyyətlidir, neft bazarında vəziyyəti yaxından izləməyə davam edəcək və lazım gəldikdə “OPEC+” və digər istehsalçılarla birlikdə müvafiq tədbirləri görməyə hazır olacaq”, – məlumatda bildirilir.

Xatırladaq ki, 9 apreldə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında mayın 1-dən 2022-ci ilin aprelinədək gündəlik neft hasilatının üç mərhələ üzrə azaldılması barədə qərar qəbul edilib.

“Əməkdaşlıq Bəyannaməsi”nə edilmiş düzəlişlərə əsasən, Meksikanın hasilat kvotaları may-iyun aylarında 400 min barel əvəzinə 100 min barel müəyyənləşdirilib. Meksikanın öhdəliyinin digər qismini kompensasiya etmək üçün ABŞ-ın öz hasilatını əlavə olaraq 300 min barel azaltması ilə razılaşıb. Bununla da “OPEC+” üzrə gündəlik neft hasilatının mayın 1-dən 9,7 mln. barel (10 mln. barel əvəzinə), iyulun 1-dən ilin sonuna kimi 7,7 mln. barel və 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 mln barel həcmində azaldılması qərarının icrasına yekdilliklə razılıq verilib.

Dünya neft bazarında balansın yaradılması və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə Azərbaycan da üzərinə yeni öhdəliklər götürüb. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan yeni razılaşma çərçivəsində hasilatı həmin səviyyədən 164 min barel azaltmalı olacaq. Bu müddət ərzində (may-iyun) Azərbaycan gündəlik xam neft hasilatını 554 min barel həcmində saxlamalıdır.

65 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ