Azərbaycan elektrik enerjisinin ixracından gəlirlərini artırıb

Azərbaycan elektrik enerjisinin ixracından gəlirlərini artırıb

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan 36 mln. 232,16 min ABŞ dolları dəyərində 812 min 338,69 kVt/saat elektrik enerjisi ixrac edib.

OilGas.az xəbər verir ki, bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

Məlumata görə, bu, həcm baxımından ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 620 min 020,21 kVt/saat və ya 4,22 dəfə çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 27 mln. 349,71 min dollar və ya 4,08 dəfə çoxdur.

Qeyd edək ki, 2016-cı ilin yanvar-avqust aylarında Azərbaycanda 8 mln. 882,45 dollar dəyərində 192 min 318,48 kVt/saat təbii qaz ixrac edilib.

Qeyd edək ki, elektrik enerjisinin ixracı Azərbaycanın bu ilin səkkiz ayında ümumi ixracının 0,5%-ni təşkil edib.

OilGas.az

292 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ