Qiymətli Kağızlar
-
TRYnan%
-
USDnan%
-
EURnan%
-
GBPnan%
-
RUBnan%
Qiymətli Metallar
-
Qızılnan%
-
Platinnan%
-
Gümüşnan%
-
Palladiumnan%
Azərbaycan elektrik enerjisinin istehsalını artırmaqda davam edir
Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında 18,2 mlrd. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin 9 ayı ilə müqayisədə 5,7% çoxdur.
Oilgas.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehsal edilən əmtəəlik elektrik enerjinin həcmi yanvar-sentyabr aylarında 17,54 mlrd. kVt-saat təşkil edib (6,1%-lik artım).
Komitənin məlumatına əsasən, ölkədə istehsal edilə edilən elektrik enerjinin 16,13 mlrd. kVt-saat istilik (7,2%-lik artım), 1,29 mlrd. kVt-saat su elektrik (9,3%-lik azalma) stansiyaların payına düşüb. İstehsal edilən elektrik enerjinin qalan hissəsi isə külək və günəş ilə işləyən elektrik stansiyalar ilə təmin edilib.
MÜZAKİRƏ