“Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib”

“Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib”

“Biz bu illər ərzində ölkə daxilində enerji təminatını yaxşılaşdıra bilmişik, böyük infrastruktur layihələri icra edilib”.

OilGas.az xəbər verir ki, bunu bu gün prezident İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində söyləyib.

Dövlət başçısı qeyd edib ki, son 15 ildə 30-dan çox elektrik stansiyası tikilib: “Onların generasiya gücü 3900 meqavata bərabərdir. Müqayisə üçün deyə bilərəm ki, bizim indi ümumi generasiya gücümüz təqribən 6,5 min meqavata bərabərdir. Onun 3,9 min meqavatını biz 15 ildə yarada bilmişik. Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib”.

Prezident bildirib ki, Azərbaycanda qazlaşdırma bu ilin sonuna qədər 95 faizə çatacaq: “Hesab edirəm ki, bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir və biz bundan sonra da bu işlərlə məşğul olacağıq”.

 

264 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ