Azərbaycan elektrik enerjisi ixracını 3 dəfəyədək artırdı

Azərbaycan elektrik enerjisi ixracını 3 dəfəyədək artırdı

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan 47 mln. 303,79 min ABŞ dolları dəyərində 987 min 949,77 min kVt/saat elektrik enerjisi ixrac edib.

OilGas.az Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən xəbər verir ki,bu, həcm baxımından 2017-ci ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 600 543,32 min kVt/saat və ya 2,55 dəfə çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 30 mln. 768,69 min dollar və ya 2,86 dəfə çoxdur.

Qeyd edək ki, 2017-ci ilin yanvar-aprel aylarında Azərbaycandan 16 mln. 535,10 min dollar dəyərində 387 min 406,45 kVt/saat elektrik enerjisi ixrac edilib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-aprel aylarında elektrik enerjisinin ixracı Azərbaycanın ümumi ixracının 0,84%-ni təşkil edib.

585 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ