Azərbaycan əhalisinin gəliri artıb

Azərbaycan əhalisinin gəliri artıb

2018-ci ilin yanvar ayında ölkə əhalisinin nominal gəlirləri 3882,3 milyon manat təşkil edib.

OilGas.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin gəliri əvvəlki ilin müvafiq ayına nisbətən 11,7 faiz artıb.

Əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 396,9 manat təşkil edib.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 3576,4 milyon manatlıq vəsait qalıb.

185 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ