Azərbaycan dövlət büdcəsinə nə qədər vəsait daxil olub?

Azərbaycan dövlət büdcəsinə nə qədər vəsait daxil olub?

Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən 2018-ci ilin yanvar-fevral aylarında dövlət büdcəsinə 2609,5 milyon manat vəsait daxil olub.

OilGas.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, büdcədən 2469,6 milyon manat vəsait xərclənib. Büdcənin icrasında 139,9 milyon manatlıq profisit yaranıb.

Mərkəzi Bankın məlumatlarına görə, 2018-ci il fevral ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 11656,1 milyon manat təşkil edib. Onun 9500 milyon manatı uzunmüddətli kreditlər olub. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 14,5 faizini təşkil edib.

Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2018-ci il fevral ayının 1-nə 7497 milyon manat təşkil edib.

2018-ci ilin fevral ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 manata (ilin əvvəlindən 1,70 manata), 1 Avroya –2,10 manata (2,09), 100 Rusiya rubluna –2,99 manata (3,00) bərabər olub.

63 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ