Azərbaycan bu il neft ixracından 3 milyard dollar qazanıb

Azərbaycan bu il neft ixracından 3 milyard dollar qazanıb

Cari ilin yanvar-may aylarında Azərbaycandan 8 milyon 72 min 518 ton xam neft ixrac edilib.

Dövlət Gömrük Komitəsindən OilGas.az-a verilən məlumata əsasən, ötən beş ayda ixrac edilən xam neftin dəyəri 3 milyard 230 milyon 141 min ABŞ dolları olub.

Bu ilin ilk beş ayında Azərbaycandan ixrac olunan təbii qazın həcmi isə 3 milyard 97 milyon 742 min kubmetr olub. İxrac olunan təbii qazın dəyəri 515 milyon 144 min ABŞ dolları təşkil edib.

Sözügedən dövrdə Azərbaycandan 345 min 173 ton (2710 mal kodu üzrə) neft məhsulları ixrac edilib. İlin ilk beş ayında ixrac edilən neft məhsullarının dəyəri isə 133 milyon 587 min ABŞ dolları olub.

Cari ilin ilk beş ayında xam neft ixracı Azərbaycanın ümumi ixracının 72,59 faizini, təbii qaz 11,58 faizini, neft məhsulları isə (2710 mal kodu üzrə) 3 faizini təşkil edib.

OilGas.az

248 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ