Qiymətli Kağızlar
-
TRYnan%
-
USDnan%
-
EURnan%
-
GBPnan%
-
RUBnan%
Qiymətli Metallar
-
Qızılnan%
-
Platinnan%
-
Gümüşnan%
-
Palladiumnan%
Azərbaycan bu il 53 milyon dollarlıq polipropilen ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan, gömrük bəyannamələrinə əsasən, 65,7 min ton polipropilen ixrac edib.
Oilgas.az-ın Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polipropilenin dəyəri 53,05 milyon ABŞ dolları təşkil edib.
Doqquz ay ərzində polipropilenin qeyri-neft sektoru üzrə ixracda payı 4,14% olub.
Xatırladaq ki, polipropilen “SOCAR Polymer”in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Polipropilen Zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.
MÜZAKİRƏ