Azərbaycan Beynəlxalq Bankı “SIBOS – 2019” sərgisində iştirak edir

Azərbaycan Beynəlxalq Bankı “SIBOS – 2019” sərgisində iştirak edir

Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) hər il ənənəvi qaydada təşkil etdiyi SIBOS sərgi-konfransı bu il 23-26 sentyabr tarixində Londonda keçirilir.

Azərbaycan Beynəlxalq Bankından Oilgas.az-a verilən məlumata görə, əvvəlki illərdə olduğu kimi bank bu il də SIBOS sərgi-konfransına qatılıb. Bankı bu beynəlxalq tədbirdə Baş direktor Fuad İslamov və Mərkəzi xəzinədarlıq departamentinin direktoru Kamran Hüseynov təmsil edir.

SIBOS sərgi-konfransı hər il dünyanın iri bank və maliyyə qurumlarının nümayəndələrini bir araya gətirən, maliyyə sektorundakı innovativ trendlərin izlənməsi, yeni bankçılıq təcrübə və texnologiyaları ilə tanışlıq imkanları yaradan, işgüzar əlaqələrin qurulmasına kömək göstərən mühüm platformadır. Bu ənənəvi tədbirin keçirilməsinə 1978-ci ildən başlanıb.

“SIBOS – 2019” çərçivəsində Azərbaycan Beynəlxalq Bankının nümayəndə heyəti xarici maliyyə qurumlarının təmsilçiləri, o cümlədən bankın uzunmüddətli tərəfdaşları olan “JP Morgan”, “Citibank”, “Commerzbank”, “Deutsche Bank”, “Credit Suisse”, “Societe Generale”, “Türkiyə İş Bankası” və digər bu kimi maliyyə institutlarının nümayəndələri ilə görüşlər keçirəcəklər. Azərbaycan Beynəlxalq Bankının yeni layihələri, bankda gedən inkişaf prosesləri, strateji hədəfləri barədə məlumat veriləcək və gələcək əməkdaşlıq perspektivləri müzakirə ediləcək.

44 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ