Azərbaycan Beynəlxalq Bankı Rusiya və Gürcüstan bazarını tərk edir

Azərbaycan Beynəlxalq Bankı Rusiya və Gürcüstan bazarını tərk edir

“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) bəzi törəmə qurumlarının bağlanması barədə qərarına aydınlıq gətirib.

OilGas.az Banka istinadən xəbər verir ki, ləğvinə qərar verilən törəmə qurumlar “ABB-Moskva”, “ABB-Gürcüstan” və “Biznes-Rabitə” MMC-dir.

ABB-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən Abbas İbrahimov bununla bağlı açıqlama verib: “Bankın Səhmdarlarının ötən gün keçirilmiş ümumi yığıncağında Bankın “MBA-Moskva”, “ABB-Gürcüstan” və “Biznes-Rabitə” şirkətinin fəaliyyətinin dayandırılması qərara alındı. Bu qərar, təbii ki, ətraflı təhlillərə əsaslanır. Adı çəkilən qurumların bankın gələcək fəaliyyəti üçün iqtisadi baxımdan səmərəliliyi nəzərə alındı və onların fəaliyyətinin dayandırılmasına qərar verildi. Belə bir qərar ABB-nin özəlləşdirilməsinə hazırlıq planları ilə də bağlıdır”.

Bu müəssisələrin ləğvetmə prosedurları onların fəaliyyət göstərdiyi ölkələrin müvafiq qanunvericilik normaları çərçivəsində həyata keçiriləcək. Müştərilər qarşısındakı öhdəliklər yerinə yetiriləcək.

Bankın digər törəmə müəssisələri, o cümlədən “Azericard” MMC (prosessinq mərkəzi) və “Beynəlxalq Lizinq” QSC isə fəaliyyətini davam etdirməkdədir.

Qeyd edək ki, “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının ABB-dəki payı dövlətə ötürülüb. Beləliklə, dövlətin Bankın nizamnamə kapitalındalı payı 96,5%-ə yüksəlib.

100 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ