Azərbaycan benzin və dizel istehsalı artıb – Rəqəmlər açıqlandı

Azərbaycan benzin və dizel istehsalı artıb – Rəqəmlər açıqlandı

Bu ilin yanvar ayında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 216,8 milyon manat təşkil edib.

OilGas.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki,  əvvəlki ilin yanvar ayı ilə müqayisədə bu rəqəm 1,2 faiz azalıb.

Neft məhsullarından ağ neftin istehsalı 11,7 faiz, yanacaq mazutunun istehsalı 30,1 faiz azalıb.

Avtomobil benzininin istehsalı 0,5% artaraq 109,1 min ton, dizel yanacağının istehsalı 2,4% artaraq 167,8 min ton təşkil edib.

Sürtkü yağlarının, neft bitumunun və neft koksunun istehsalında da artım müşahidə olunub.

290 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ