Azərbaycan 9 ayda nə qədər neft məhsulları ixrac edib?

Azərbaycan 9 ayda nə qədər neft məhsulları ixrac edib?

Azərbaycan bu ilin yanvar- sentyabr aylarında 708 054,59 ton həcmində neft məhsulları ixrac edib.

Oilgas.az-ın xəbərinə görə, bu həcmdə neft məhsullarının dəyəri 345 819,25 min ABŞ dolları təşkil edib.

Bu ilin doqquz ayında ixrac edilən neft məhsullarının həcmi ötən ilin müvafiq dövründən 15,5%, dəyəri isə 18,66% azdır.

Hesabat dövründə neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 2,33% olub.

668 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ