Azərbaycalı oliqarx milyarderlər arasında – SİYAHI

Azərbaycalı oliqarx milyarderlər arasında – SİYAHI

“Forbes” jurnalı gəliri ən yüksək olan 10 rusiyalı milyarderin siyahısını tərtib edib.

OilGas.az xəbər verir ki, bu dəfəki reytinqi öncəki ənənəvi reytinqdən fərli olub. Belə ki, “Forbes” bu dəfə səhmlərin dəyərini deyil, milyarderlərin ötən ilin fevral ayından bu ilin fevralına qədər səhmlərin və ya dividendlərin satılmasından qazanılan “canlı” pullarını əsas götürüb.

Yeni siyahıda ən yüksək pillədə 2,3 milyard dollar gəlirlə biznesmen Kirill Şamalov ( “Sibur” dividend və səhm satışı) yer alıb.

İkinci pillədə 1,56 milyard dollar gəlirlə Aleksey Mordaşov ( “Severstal” üzərindən səhm və dividend, “Nordgold” dividend satışı) qərarlaşıb.

Siyahıda ilk üçlüyü 1,3 milyard dollar gəlirlə Vladimir Lisin (NLMK dividendləri) tamamlayıb.

Reytinq cədvəlində sonrakı pillələr bu şəkildə bölüşdürülüb:

4-cü yer. Süleyman Kərimov (980 milyon dollar, “Polyus” üzərindən səhm və divident satışı)
5-ci yer. Mixail Proxorov (870 milyon dollar, “Rusala” və RBK səhm, “Rusala” dividend satışı)
6-cı yer. Dmitri Rıbolovlev (860 milyon dollar, rəsm əsərləri və daşınmaz əmlak satışı)
7-ci yer. Oleq Deripaska (760 milyon dollar, “En+”un səhm və dividendlərinin, “Strabag”ın dividendlərinin satışı)
8-ci yer. Viktor Raşnikov (760 milyon dollar, MMK səhv və dividendlərinin satışı)
9-cu yer. Vahid Ələkbərov (750 milyon dollar, “Lukoil”in dividendləri)
10-cu yer. Alişer Usmanov (660 milyon dollar, “Metalloinvest” və “Meqafon”un dividendləri)

1172 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ