“Azəravtoyol”un traktoru bu ərazini işıqsız qoyub

“Azəravtoyol”un traktoru bu ərazini işıqsız qoyub

Bu gün səhər saatlarında Xırdalan şəhərinin Quşçuluq massivi ərazisində yol inşaatını həyata keçirən “Azəravtoyol” ASC-nin traktoru yeraltı elektrik xəttini zədələyib.

OilGas.az “Report”a istinadən xəbər verir ki, “Saray 2” adlanan xəttin zədələnməsi nəticəsində adıçəkilən massivə elektrik enerjisinin verilişində fasilə yaranıb.

Məlumatda deyilir ki, bir neçə saat işıqsız qalan massivə günorta saatlarında elektrik enerjisinin verilişini təmin etmək mümkün olub.

OilGas.az

114 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ