Avtobus benzin daşıyan maşın ilə toqquşdu – 21 ölü

Avtobus benzin daşıyan maşın ilə toqquşdu – 21 ölü

İranın İsfahan vilayətində Tehrandan Kərmana hərəkət edən sərnişin avtobusu benzin daşıyan maşın ilə toqquşub.

OilGas.az Yenicag.az-a istinadən xəbər verir ki, qəzadan sonra benzin daşıyan maşın alışıb.

Hadisə nəticəsində 21 nəfər ölüb, 3 nəfər yaralanıb.

Qəzanın baş vermə səbəbi araşdırılır.

59 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ