Avropa Komissiyası neft qiymətlərinə dair proqnozlarını dəyişdi – Səhvə yol verib

Avropa Komissiyası neft qiymətlərinə dair proqnozlarını dəyişdi – Səhvə yol verib

Avropa Komissiyası bu ilin üçün neft qiymətləri üzrə proqnozunu yenidən nəzərdən keçirib.

OilGas.az xarici KİV-lərə istinadən xəbər verir ki, komissiya daha əvvəl açıqladığı bir barelə görə 56,4 dollar proqnozunu 55,5 dollara endirib.

Komissiya hesabatında tələb və təklif dinamikasına dair daha əvvəl edilən proqnozun səhv olduğunu açıqlayıb:

“Fevral ayında dünya üzrə neft hasilatının həcmi gündəlik 96,5 milyon barel olub. Bununla yanaşı, Beynəlxalq Enerji Agentliyinin proqnozuna əsasən, 2017-ci ilin birinci rübündə təlabat gündəlik 96,7 milyon barel təşkil edib. Deməli, neft ehtiyatları müntəzəm olaraq azalır. Agentlik 2017-ci ildə tələbin 1,4% (2016-cı ildə 1,6%) olacağını proqnozlaşdırıb”.

Qeyd edək ki, neft bazarında balanslaşma OPEC və kartelə daxil olmayan 11 ölkənin neft hasilatının azaldılması barədə saziş imzaladıqdan sonra mümkün olub.

Xatırladaq ki, 2016-cı ildə OPEC və kartelə daxil olmayan 11 ölkə neft hasilatının azaldılması barədə saziş imzalayıblar. Saziş 2017-ci ilin birinci yarımilliyi üçün bağlanıb, lakin müddətinin uzadılması ehtimalı nəzərdə tutulub.

May ayının 24-25-də Vyanada sazişin müddətinin uzadılması məsələsi müzakirə olunacaq.

OilGas.az

410 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ