SOCAR 52 yeni quyu təhvil verib

SOCAR 52 yeni quyu təhvil verib

2017-ci ilin avqust ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 10 min 184 metr qazma işi həyata keçirilib.

Şirkətin mətbuat xidmətindən OilGas.az-a bildirilib ki, bu sahədə görülmüş işlərin 10 min 130 metri istismara, qalanı isə kəşfiyyata aid olub. Ümumiyyətlə, cari ilin yanvar-avqust aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 93 min 646 metr qazma işi görülüb ki, bunun da 87 min 208 metri istismara, 6 min 438 metri isə kəşfiyyata aid olub.

Cari ilin avqust ayında qazmadan alınan 6, il ərzində isə 52 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

OilGas.az

257 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ