“ASAN Xidmət” vasitəsilə “Azərişıq”a müraciətlərin sayı açıqlandı

“ASAN Xidmət” vasitəsilə “Azərişıq”a müraciətlərin sayı açıqlandı

“Azərişıq” ASC-nin “ASAN Xidmət” vasitəsi ilə abonentlərə göstərdiyi xidmətlər artıq bütün regionları əhatə edir.

ASC-dən OilGas.az-a verilən məlumata görə, yanvar ayı ərzində “Azərişıq” ASC-yə “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzləri vasitəsilə daxil olan müraciətlərin sayı əvvəlki aylarla müqayisədə artıb.

“Azərişıq” ASC-nin göstərdiyi 10 xidmət arasında xüsusi əhəmiyyət daşıyan sahibkarlıq fəaliyyəti ilə bağlı 150 kVt-a qədər elektrik şəbəkəsinə qoşulma xidmətində prosedurların azalması, eyni zamanda məişət abonentlərinə işıq çəkilməsinin ölkənin bütün “ASAN Xidmət” mərkəzlərini əhatə etməsi müraciətlərin sayına müsbət təsir edib.

Nəticədə yanvarda “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzləri vasitəsilə 284 sahibkar “Azərişıq” ASC-yə müraciət edərək elektrik şəbəkəsinə qoşulmaq istəyib. Eyni zamanda, 3041 abonent evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün “ASAN Xidmət” mərkəzlərinə üz tutub.

Ümumilikdə isə yanvar ayı ərzində “Azərişıq” ASC-nin “ASAN Xidmət” mərkəzləri vasitəsilə göstərdiyi 10 xidmət üzrə (əhali və qeyri əhali abonentlərin elektrik şəbəkəsinə qoşulması, əhali və qeyri-əhali abonentliyin bir addan başqa ada keçirilməsi, borcun araşdırılması, üzləşmə aktının əldə edilməsi, smart-kartın yenilənməsi, geniş tarixçə əldə edilməsi, sayğacın yoxladılması, smart-karta ödəniş edilməsi) 18 409 müraciət daxil olub.

213 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ