ARDNF valyuta hərraclarındakı satışını 11% azaldıb

ARDNF valyuta hərraclarındakı satışını 11% azaldıb

Bu ilin yanvar-fevral aylarında Dövlət Neft Fondu (ARDNF) 843,6 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.

Oilgas.az Fonda istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,3% azdır.

Təkcə fevral ayında isə ARDNF-in valyuta satışının məbləği 543,4 milyon dollar təşkil edib. Bu isə ötən ilin fevral ayına nisbətən 71,9% çoxdur.

111 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ