ARDNF-nin idarəetməyə verilən aktivlərinin həcmi 4,1 mlrd. dollara çatıb

ARDNF-nin idarəetməyə verilən aktivlərinin həcmi 4,1 mlrd. dollara çatıb

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) xarici menecerlər tərəfindən idarə olunan vəsaitlərinin ümumi məbləği məlum olub.

OilGas.az “APA-Economics”ə istinadən xəbər verir ki, 2018-ci il yanvarın 1-nə Fondun xarici menecerlər tərəfindən idarə olunan vəsaitlərinin məbləği 4,069 mlrd. dollar təşkil edib. Bu da ARDNF-nin aktivlərinin 11,4%-i həcmindədir.

“Dünya Bankı” (“World Bank”) tərəfindən idarə olunan vəsaitlərin məbləği 228 milyon dollar (ARDNF-nin aktivlərinin 0,6%-i), “Deutsche Bank Advisors” tərəfindən 104 milyon dollar (ARDNF-nin aktivlərinin 0,3%-i), “UBS Asset Management” tərəfindən 1,598 milyard dollar (ARDNF-nin aktivlərinin 4,5%-i), “State Street Global Advisors” (SSgA) tərəfindən 1 493 milyon dollar (ARDNF-nin investisiya portfelinin 4,2%-i), “Mellon Capital Management” tərəfindən 332 milyon dollar (ARDNF-nin aktivlərinin 0,9%-i), “BlackRock Investment Management” tərəfindən idarə olunan vəsaitlərin məbləği isə 315 milyon dollar (ARDNF-nin aktivlərinin 0,9%-i) təşkil edir,” – deyə məlumatda qeyd olunub.

101 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ