ARDNF-in qızıl ehtiyatları 100 tonu ötüb

ARDNF-in qızıl ehtiyatları 100 tonu ötüb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin yanvar-sentyabr aylarında 49,71 ton qızıl alıb. Bu ilin üçüncü rübündə isə Fond tərəfindən alınan qızılın həcmi 5,19 ton olub.

Oilgas.az-ın ARDNF-in 2019-cu ilin 9 ayının yekunlarına dair hesabatına istinadən verdiyi məlumata görə, sentyabrın 30-na Fondun investisiya portfelində qızılın ümumi həcmi 100,66 ton olub.

Qeyd edək ki, 2018-ci ilin sonuna olan məlumata görə, ARDNF-in investisiya portfelində qızılın ümumi həcmi 50,95 ton təşkil edib.

Hazırda Fondun investisiya portfelində qızıl investisiyalarının çəkisi 11,4%-dir.

24 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ