API: ABŞ-da neft ehtiyatları maksimal həddə azaldı

API: ABŞ-da neft ehtiyatları maksimal həddə azaldı

ABŞ-da neft ehtiyatları ötən illə müqayisədə rekord həddə azalıb.

OilGas.az xarici KİV-lərə istinadən xəbər verir ki, Amerika Neft İnstitutunun (API) bu gün dərc olunan həftəlik hesabatına əsasən, neft ehtiyatları 4,158 milyon barel azalıb. Kuşinq yatağındakı neft ehtiyatlarında isə 215 000 barel azalma olub.

Göstəricilərə əsasən, benzin ehtiyatlarında da 1,93 milyon barel azalma müşahidə olunub.

Qeyd edək ki, Amerika Neft institutunun göstəriciləri ABŞ Enerji İnformasiya Adminstrasiyasının (EIA) proqnozlarından bir gün öncə verilir və onun ilkin proqnozu kimi çıxış edir.

Bloomberg agetliyinin ekpertlər arasında apardığı sorğuya əsasən, EIA-nın aprelin 28-ə qədər olan həftəlik göstəriciləri neft ehtiyatlarında 3,25 milyon azalma olduğunu göstərəcək. Bununla ABŞ-da neft ehtiyatları 525,5 milyona bərabər olacaq. Benzin ehtiyatları isə 1 milyon artaraq 242 mln bareldə qərarlaşacaq.

OilGas.az

394 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ