API: ABŞ-da neft ehtiyatları çoxalıb

API: ABŞ-da neft ehtiyatları çoxalıb

ABŞ-da neft ehtiyatları 1,78 milyon barel artıb.

OilGas.az xəbər verir ki, bu göstərici Amerika Neft İnstitutunun (API) həftəlik hesabatında yer alıb. Hesabata əsasən, Kuşinq yatağındakı neft ehtiyatlarında 2,56 mln. barel artım olub.

Hesabat həftəsində benzin ehtiyatlarında 4,83 milyon, distillat ehtiyatlarında isə 1,23 milyon barel azalma müşahidə olunub.

Qeyd edək ki, Amerika Neft İnstitutunun göstəriciləri ABŞ Enerji İnformasiya Adminstrasiyasının (EIA) hesabatından bir gün öncə verilir və onun ilkin proqnozu kimi çıxış edir.

Oilgas.az

247 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ