API: ABŞ-da benzin ehtiyatları artıb

API: ABŞ-da benzin ehtiyatları artıb

ABŞ-da həftə ərzində xam neft ehtiyatları 11,2 mln. barel azalıb.

OilGas.az xəbər verir ki, bu göstərici Amerika Neft İnstitutunun (The American Petroleum Institute – API) həftəlik hesabatında əksini tapıb. Yanvarın 5-ə olan həftəlik göstəricilərə əsasən, Kuşinq yatağında neft ehtiyatları 2,52 mln. barel azalıb.

Hesabat həftəsində benzin ehtiyatlarında 4,34 mln. barel artım müşahidə olunub. Distillat ehtiyatlarında isə 4,69 mln. barel artım olub.

Qeyd edək ki, Amerika Neft İnstitutunun göstəriciləri ABŞ Enerji İnformasiya Adminstrasiyasının (EIA) hesabatından bir gün öncə verilir və onun ilkin proqnozu kimi çıxış edir.

OilGas.az

284 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ