API: ABŞ-da benzin ehtiyatları artdı – 4,45 milyon barel

API: ABŞ-da benzin ehtiyatları artdı – 4,45 milyon barel

ABŞ-da neft ehtiyatlarında artım olub.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, Amerika neft institutunun (API) həftəlik hesabatına əsasən, xammal neft ehtiyatları 897 min barel artıb. Cushing neft anbarındakı ehtiyatlarda isə 1,97 min barel azalma müşahidə olunub.

Ekspertləri daha çox benzin ehtiyatlarındakı qəfil artım təəccübləndirib. Həftəlik göstəricilərə əsasən, benzin ehtiyatlarındakı artım 4,45 milyon barel olub.
Qeyd edək ki, Amerika neft institutunun göstəriciləri ABŞ Enerji İnformasiya Adminstrasiyasının (EIA) proqnozlarından bir gün öncə verilir və onun ilkin proqnozu kimi çıxış edir.

OilGas.az

412 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ